PUA-lar müasir müharibədə yeni dövrün başlanğıcı idimi? Süni Zəka (SZ) sistemlərinin sürətli inkişafı PUA müharibələrinin başlanğıcı olacaqmı?
PUA-ların son illərdə casusluq missiyalarından hücum missiyalarına çevrildiyini və inkişaf etmiş pilotlu təyyarələrlə müqayisədə hədəfləri vurmaqda daha sürətli və daha dəqiq olduğunu müşahidə edirik.
1794-cü ildə müşahidə balonları kəşfiyyat məlumatlarının toplanması və bombardmanlar üçün hava platforması kimi istifadə edilib. Birinci Dünya müharibəsi illərində Kral Uçuş Korpusu (Royal Flying Corps/RFC) bu şarlar sayəsində düşmən mövqelərinə əl bombaları atmağı bacarıb. Birinci Dünya müharibəsindən bir əsrdən çox müddət sonra eyni rolu oynamaq üçün kiçik PUA-lardan istifadə olunmağa başlayıb.
Əfqanıstanda olarkən ABŞ 20 saatdan çox havada qala bilən və dünyanın digər tərəfindəki əsas kəşfiyyat və hərbi qərargahlara canlı video yayımları göndərə bilən “Reaper” PUA-larından çox istifadə edib.
Rusiya bu yaxınlarda Ukraynanın müxtəlif şəhərlərini və kritik infrastruktur obyektlərini hədəf alan yüzlərlə PUA zərbəsi endirib. Bu PUA-lar hər biri yüz minlərlə, hətta milyonlarla dollara başa gələn raketləri buraxa, sürətlə uça və yerə atılması çətin olan nəhəng partlayıcı yükləri daşıya bilər.
Moskva PUA tədarükü azalanda İrandan “Şahed-136” kimi tanınan kamikadze PUA-lar alıb. “Şahed-136” kamikadze PUA-ları kifayət qədər yavaş və yüngül silahlara qarşı həssas olsa da, müdafiə sistemlərini məğlub etmək və hətta bəzilərini dəlmək üçün istifadə edilə bilər.
Ukrayna Rusiyanın logistika mərkəzlərini hədəfə almaq üçün PUA-lardan da istifadə edib. Ukrayna ordusu bu yaxınlarda Krımda yanacaq anbarını və Krımı Rusiya ilə birləşdirən Kerç körpüsünün şərqində yerləşən başqa bir obyekti PUA-larla hədəfə alıb.
Kreml çərşənbə günü Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd cəhdində Kiyevi ittiham edərək, Ukrayna ərazisindən havaya qalxan iki PUA-nı vurduğunu iddia edib. Kremldən verilən açıqlamada bildirilib: “Kreml iki PUA ilə hədəfə alınıb. Ordunun vaxtında müdaxiləsi nəticəsində qurğular (iki PUA) sıradan çıxarılıb”.
Bəyanatda hadisə “terror hücumu” və “Rusiya Federasiyasının Prezidentinə sui-qəsd cəhdi” kimi qiymətləndirilib. Digər tərəfdən, Kremlin çoxqtəbəqəli hava və yerüstü müdafiə sistemləri ilə qorunduğu və yavaş hərəkət edən PUA-nın bunun öhdəsindən gələ bilməyəcəyi məlum olduğundan, Kremlə belə bir hücum etmək olduqca qəribə görünürdü.
Lakin bu hadisə onu göstərdi ki, PUA-lar müharibə dövründə məhvetmə və aldatma silahı kimi də geniş şəkildə istifadə oluna bilər. Keçmişdə ənənəvi hərbi təfəkkürə görə, nə qədər təkmil tanklar, təyyarələr, gəmilər hazırlanıb idxal edilsə, bir o qədər yaxşıdır. Digər tərəfdən, PUA-lar nə qədər dəyərli olduğunu xüsusən Ukrayna müharibəsi zamanı ön cəbhədə sübut etdi.
PUA-ların izləmə texnologiyası köhnə izləmə üsullarından fərqlidir, onların sensorları daha yüngül, daha güclüdür və enerji sərfiyyatı daha azdır. Bundan əlavə, kiçik PUA-lar daha səssiz və daha əlverişlidir, asanlıqla yenidən yığılır və birbaşa düşmən mövqelərindən artilleriyaçılara canlı yayım verə bilir.
ABŞ daim PUA texnologiyasını inkişaf etdirməyə çalışsa da, Çin hazırda satış baxımından PUA bazarını böyük ölçüdə əlində saxlayır. Hazırda dünya yeni nəsil hərbi texnologiyalara və “aşağı büdcəli”, lakin qlobal təhlükəsizlik üçün böyük təsirləri olan “PUA müharibələri”nə hazırdır.
Dəyanət Ağalarlı
Ordu.az