Türkiyənin Milli Sualtı Qayıq Layihəsi haqqında nə bilirik?

2023/05/MILDE-8415059020.jpg
Oxunub: 2211     16:15     02 May 2023    
2015-ci ildə Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində yerlilik göstəricisi yüksək olan “Type-214TN (Reis)” sinfinə məxsus sualtı qayıqların istehsalına başlayan Türkiyə 2017-ci ilin iyun ayında MİLDEN (Milli Sualtı Qayıq) layihəsinə start verib və dizaynı tamamilə Türkiyədə həyata keçiriləcək çox yüksək yerli resurs payına malik sualtı qayıqların istehsalını təhlil edib.

2019-cu ilin aprel ayında Hərbi Dəniz Qüvvələri Komandanlığı tərkibində MİLDEN Dizayn Layihə Ofisi yaradılıb və MİLDEN Layihəsi rəsmi olaraq başlayıb.

2022-ci ilin əvvəlində MİLDEN-in konseptual dizaynları tamamlanıb və qabaqcıl dizayn mərhələsinə start verilib. 2022-ci ilin avqust ayına olan məlumata görə, Layihə Ofisində 23-ü mühəndis, 5-i texniki layihəçi olmaqla 28 işçi çalışır. Layihə irəlilədikcə personal sayı da artacaq.


2023-cü ildə MİLDEN-in sınaq blokunun inşasına start verilməsi, 2025-ci ilə qədər layihələndirmə işlərinin başa çatdırılması və Gölcük Gəmiqayırma Zavodunda ilk gəminin istehsalına başlanması planlaşdırılır. İlk gəminin 2031-ci ilə qədər tamamlanacağı gözlənilir. MİLDEN haqqında çox məhdud məlumatlar mətbuatla paylaşılıb. MİLDEN-in havadan asılı olmayan hərəkət sisteminə sahib olacağı açıqlanıb.


MILDEN sualtı qayıqlarının Türkiyənin daxili imkanlarla inkişaf etdirdiyi və inkişaf etdirəcəyi bütün silahlara (“Akya”, “Atmaca”, “Gezgin”) və sistemlərə sahib olacağı məlumdur. Nə qədər sualtı qayığın istehsal olunacağı bəlli deyil. Elan edilmiş uzunluq və subasımı məlumatının gələcəkdə dəyişəcəyi ehtimal edilir. ASFAT baş direktoru Esad Akgün MİLDEN Layihəsində Pakistan ilə əməkdaşlıq edilə biləcəyini bildirib. Pakistanın Türkiyə ilə sualtı qayıqlar inşa etmək istəyi məlumdur.


Milli Sualtı Qayıq (MİLDEN) Layihəsinin ümumi xüsusiyyətləri:

Uzunluq: + 80 metr
Subasımı: + 2700 ton

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MİLDEN   Türkiyə  


Bizi "telegram"da izləyin