“IdeaLab” “Kemankeş” “gəzən sursat”ı üçün IL170 turboreaktiv mühərrikini təqdim edib - FOTO

2023/04/KEMAN-1682669748.jpg
Oxunub: 6547     11:40     28 Aprel 2023    
Türkiyənin “Baykar” şirkəti “gəzən sursat” sahəsində ilk məhsulu olan “Kemankeş” reaktiv mühərrikli “gəzən sursat”ını TEKNOFEST 2023 İstanbulda təqdim edib.

Ordu.az xəbər verir ki, “Kemankeş”də 38 lbf itələmə gücünə malik “IdeaLab IL170” turboreaktiv mühərrikindən istifadə olunur.

Sərgi ərazisində “Kemankeş”in idarəetmə paneli də nümayiş etdirilib.

Panel araşdırıldığında, EO/IR sisteminə sahib olan “Kemankeş”in süni zəka dəstəkli döngüdə insan (MITL) prinsipinə əsaslanan bir idarəetməyə malik olduğu qiymətləndirilə bilər.

Sursatın quruluşu araşdırıldığında, kiçik ölçü və çəki, geniş optik diyafram və qatlanan qanad dəsti kimi xüsusiyyətlər önə çıxır. EO/IR sisteminin yüksək sürətlərə görə şüşə təbəqə ilə qorunduğu da görünür.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: IdeaLab   “Kemankeş  


Bizi "telegram"da izləyin