Ordu.az xəbər verir ki, “Combat Drone” adlı yeni PUA Almaniya silah istehsalçısının “Luna NG” kəşfiyyat PUA-sı əsasında hazırlanıb və “Hero-R” tipli sursat daşıya bilir.
Şirkət tərəfindən verilən açıqlamada bildirilib: ““Rheinmetall Combat Drone” öz qoşunlarınızı qorumaq və taktiki cəhətdən uyğun hədəflərlə mübarizə aparmaq üçün oyun qaydalarını dəyişdirir”.
Verilən məlumata görə, NG 12 saatlıq dözümlülüyü və 100 kilometr (62 mil) məlumat bağlantısı məsafəsi ilə “Luna” kəşfiyyat PUA-sından üstün xüsusiyyətlərə malikdir. Bundan əlavə, PUA peyk rabitəsi ilə daha uzun uçuş məsafəsinə sahib olacaq.
Sevinc Əliyeva
Ordu.az