“Leidos” ABŞ ordusu üçün avtonom təchizat sistemi istehsal edəcək

2023/04/leddo-1682145957.jpg
Oxunub: 3326     16:45     22 Aprel 2023    
ABŞ-ın texnologiya firması “Leidos” ABŞ ordusu üçün yeni avtonom hava təchizatı sisteminin yaradılması üçün müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, “SeaOnyx” adı verilən sistem daha irəlidə yerləşdirilmiş quru qüvvələrinə mühüm döyüş texnikası çatdıracaq.

Şirkətdən verilən məlumata görə, sistem 100 dəniz milinə (185 kilometr) qədər olan döyüş meydanında 600 funta (272 kiloqram) qədər faydalı yük daşıya biləcək.

Şirkətin vitse-prezidenti Tim Freeman verdiyi açıqlamada bildirib: “Yüzlərlə kiloluq yükü uzun məsafələrə avtonom şəkildə çatdırmaq qabiliyyəti ordular üçün oyun qaydalarını dəyişdirəcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leidos   ABŞ  


Bizi "telegram"da izləyin