Türkiyə PA-nı qoruyan İHTAR antidron sistemi 4 ölkəyə ixrac edildi

2023/04/ASELS-1680855586.jpg
Oxunub: 3349     10:18     08 Aprel 2023    
ASELSAN tərəfindən şəhər və kənd mühitlərində mini/mikro PUA təhlükələrini zərərsizləşdirmək üçün hazırlanmış İHTAR əks-tədbir sistemi 2022-ci ildə müxtəlif kritik obyektlərə yerləşdirilib.

Ordu.az xəbər verir ki, PUA qovucu kimi də xarakterizə edilə bilən sistemin ixracı üçün Şimali Kipr Türk Cümhuriyyəti, Qırğızıstan, Niger və Anqola ilə müqavilələr imzalanarkən, ixrac fəaliyyətlərinin 2023-cü ildə də davam etdirilməsi planlaşdırılır.

2022-ci ildə İHTAR sisteminin Türkiyə Prezident Aparatının mini/mikro PUA təhlükələrindən qorumaq ehtiyacını qarşılaması üçün iki müqavilə imzalanıb.

Sistemin inkişafı və istehsalı altı ay kimi qısa müddətdə həyata keçirilib və altı avtomobilə inteqrasiya olunmuş İHTAR Sistemi Türkiyə Prezident Aparatı daxilindəki kampuslara yerləşdirilib. Sistemlərin qəbulu 2022-ci ilin noyabr və dekabr aylarında baş tutub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-PA   İHTAR  


Bizi "telegram"da izləyin