Ordu.az-ın məlumatına görə, ilk dəfə 3D printer ilə istehsal edilən HYDRA insansız dəniz platforması Birləşmiş Ərəb Əmirliklərində yerləşən şirkətin 3D printer müəssisəsində 5 günlük araşdırma nəticəsində istehsal edilib.
HYDRA, çəkisi 350 kq, uzunluğu 5 metr olan insansız dəniz platformasıdır. HYDRA çox kiçik radara görünmə sahəsi ilə dizayn edilib və sensorlar korpusun içərisinə yerləşdirilib. Sınaqlar və inkişaflar tamamlandıqdan sonra HYDRA nəzarət, kəşfiyyat və müşahidə missiyaları üçün istifadə olunacaq.
Ümumi olaraq 3D printer kimi adlandırılan əlavə istehsal daha yüngül, daha güclü hissələr və sistemlər istehsal etmək üçün Kompüter Dəstəkli Dizayn (CAD) və ya 3D obyekt skanerlərindən istifadə edir. Bu texnologiya istehsal üsulu və prosesində çoxsaylı üstünlüklər təmin edir və mühəndislərə daha qısa müddət ərzində mürəkkəb hissələri dizayn etməyə imkan verir.
Sevinc Əliyeva
Ordu.az