“Jadara”: Azərbaycanla “Terminator” adlı tank əleyhinə silahlar istehsal edirik

2022/09/1663674582.jpg
Oxunub: 2086     11:44     21 Sentyabr 2022    
Bakıda keçirilən ADEX-2022 müdafiə sənayesi sərgisində İordaniyanın “Jadara” şirkəti də öz məhsullarını təqdim edib. Şirkət sərgidə tank əleyninə silahlarını nümayiş etdirib.

Şirkətin əməkdaşı Ordu.az-a açıqlamasında bildirib ki, “Jadara” şirkəti yalnız tank əleyninə silahlar istehsal edir.


O, sərgidə təqdim olunan “Naşşab” və “Raptor-LA” tank əleyhinə silahlarının iştirakçılara təqdim edildiyini bildirib.

“Raptor-LA” 50-500 metr məsafədəki hədəfləri məhv etmək üçün nəzərdə tutulub. “Naşşab” raket buraxılış qurğusu ilə 4-ə qədər RPG-32 sursatları hədəflərə atıla bilər.

“Biz eyni zamanda Azərbaycanın “Cihaz” müəssisəsi ilə “Terminator” adlı tank əleyhinə silahlar istehsal edirik. Sistem 5 kilometrədək məsafədəki hədəfləri vura bilir. Biz artıq Azərbaycanda istehsala başlamışıq”, - deyə şirkətin rəsmisi qeyd edib.


O bildirib ki, “Jadara” BƏƏ-yə, Misirə, Azərbaycana “Naşşab” da daxil olmaqla bir çox tank əleyhinə silahlar ixrac edib.

“Mən ADEX sərgisində ilk dəfə iştirak etsəm də, sərgi çox yaxşı təşkil olunub. Bizə burada çox xoş münasibət göstərilir”, - deyə o vurğulayıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Jadara   ADEX  


Bizi "telegram"da izləyin