Azərbaycan və Türkiyə hərbi pilotları müxtəlif təyyarələrdə nümunəvi birgə uçuşları icra edib

2022/05/09074-1653832617.jpg
Oxunub: 2000     17:22     29 May 2022    
Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalı çərçivəsində Azərbaycan və Türkiyə hərbi pilotları müxtəlif təyyarələrdə nümunəvi birgə uçuşları icra edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirlyindən bildirilib.

Hər iki qardaş ölkənin hərbi təyyarəçilərinin çətin pilotaj manevrlərlə uçuşlarını iştirakçılar alqışlarla qarşılayıblar.

Eyni zamanda, festivalda Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları katerlərlə izləyicilərə həyəcanlı anlar yaşadıblar. HDQ-nin xüsusi təyinatlılarının sərt gövdəli kater və hava yastıqlı qayıqlarla sahil əməliyyatları üçün nəzərdə tutulmuş manevrləri də izləyicilərin böyük marağına səbəb olub.

Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda Hərbi Hava Qüvvələri, Quru Qoşunları, eləcə də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin