Moldovada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan barelyef quraşdırılıb - FOTOLAR

2022/03/621d3-1646112128.jpg
Oxunub: 5386     00:51     01 Mart 2022    
Azərbaycanın Moldovadakı Səfirliyinin önündəki bağçada Xocalı soyqırımına həsr olunmuş barelyefin açılış mərasimi olub.

Azərbaycanın Moldovadakı Səfirliyindən Ordu.az-a verilən məlumata görə, açılışda Moldova Parlamentinin sədri İqor Qrosu iştirak edib. Həmçinin tədbirə Moldovada akkreditə olan diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, azərbaycan diasporunun üzvləri, yerli KİV nüməyəndələri qatılıblar.

Səfir Qüdsi Osmanov çıxışında Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın Xocalı soyqırımına həsr olunmuş müraciətini oxuyub. Həmçinin o qeyd edib ki, barelyefin Kişinyov şəhərində açılışı Xocalı soyqırımının Moldovada tanınması istiqamətində aparılan işlərin vacib təzahürüdür.

Moldova Parlamentinin spikeri İqor Qrosu çıxışında Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən lazımı hüquqi qiymətin verilməsi məsələsinin vacibliyinə toxunub. O qeyd edib ki, firavan gələcəyi təmin etmək üçün ilk öncə keçmişdə baş verən bu kimi dəhşətli hadisələrə ədalət prinsiplərinə əsaslanan doğru qiymət veriləməlidir.

Batelyefin üzərində “Ana harayı” kompozisiyası, azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımı barədə sözləri və soyqırım haqda məlumat təsvir olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Moldova   Xocalı-soyqırımı  


Bizi "telegram"da izləyin