İstanbulda Xocalı soyqırımı barədə tamaşanın nümayişi olub - FOTOLAR

2022/02/621b9-1645976256.jpg
Oxunub: 4649     19:03     27 Fevral 2022    
İstanbulda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Adsız qadın" teatr tamaşasının nümayişi olub.

Ordu.az xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və İstanbulun Ümraniye Bələdiyyəsinin dəstəyi, Türkiyədə fəaliyyət göstərən "Xarıbülbül" Azərbaycan Vizyon Teatr Dərnəyinin təşkilatçılığı ilə səhnələşdirilən əsər dünyada müharibə və terrordan əziyyət çəkən bütün qadınlara həsr olunub.

Tədbirin rəsmi mərasimində çıxış edənlər bundan otuz il əvvəl ermənilər tərəfindən Xocalıda törədilən soyqırımdan danışıb, tarixin qanlı səhifəsi olan bu, insanlıq cinayətinin səbəbkarlarının ədalətə təslim olunmasını, haqq qarşısında cavab verməsini tələb ediblər.

Tədbir çərçivəsində Ümraniye Bələdiyyəsinin binasında Xocalı soyqırımını özündə əks etdirən fotolardan ibarət sərgi açılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: İstanbul   Xocalı-soyqırımı  


Bizi "telegram"da izləyin