Qarabağdakı abidələrlə bağlı fəaliyyət planı hazırlana bilər

2020/09/15708-1600347661.jpg
Oxunub: 93369     16:31     17 Sentyabr 2020    
Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin ermənilər tərəfindən dağıdılması məsələsi hər zaman bizim gündəmimizdədir.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Nazir müavini bildirib ki, bununla bağlı məsələlər beynəlxalq səviyyədə qaldırılmalıdır:

“Bu məsələdə həmrəylik nümayiş etdirərək səsimizi daha da ucaltmalıyıq. Bununla bağlı hansısa bir fəaliyyət planının olması barədə fikirləşə bilərik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ  


Bizi "telegram"da izləyin