Qusarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri evlə təmin olunacaqlar - FOTOLAR

2020/09/16003-1600327626.jpg
Oxunub: 1142     11:15     17 Sentyabr 2020    
Bu il Qusar rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrindən 21 nəfər evlə təmin olunacaq.

Ordu.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə rayonda 4 nəfər üçün fərdi ev tikilir, 17 nəfərə isə rayon mərkəzindəki yaşayış binasından mənzil alınaraq təqdim olunacaq.

Yuxarı Ləgər, Əvəcuq, Gədəzeyxur və Urva kəndlərində tikilən birmərtəbəli, iki otaqdan ibarət evlər üçün dörd sot həyətyanı sahə ayrılıb. Mənzillərin tikintisi yekunlaşdıqdan sonra su, qaz, istilik sistemi ilə təmin ediləcək və həyətyanı sahələrdə abadlıq işləri aparılacaq.

Qarabağ müharibəsində şəhid olan Füzuli Davidovun qardaşı Təvəkkül Davidov bu kateqoriyadan olan şəxslərə göstərilən dövlət qayğısından razılığını bildirib: “Qardaşım Vətən uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalıb. Şəhid ailələrinə, eləcə də döyüşlərdə sağlamlığını itirən şəxslərə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Mən ev tikilməsi üçün müraciət etmişdim. Növbəm çatdı və mənim üçün də ev tikilir. İlin sonuna kimi hazır olacaq və burada yaşayacağıq”, - deyə o söyləyib.

Son illərdə Qusar rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bir 16, bir 8 mənzilli bina, eləcə də 11 fərdi ev tikilərək istifadəyə verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qusar   Qarabağ-müharibəsi  

Qusarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri evlə təmin olunacaqlar - FOTOLAR

2020/09/16003-1600327626.jpg
Oxunub: 1143     11:15     17 Sentyabr 2020    