Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 11:45 radələrində İrəvan-Gümrü-Bavra M-1 avtomobil yolunun 62-ci km hissəsində Gümrü sakini, 30 yaşlı Ağvan Davoyanın idarə etdiyi "Infiniti" markalı avtomobil ilə Araqatsotn vilayətinin Davtaşen kənd sakini, 47 yaşlı Merujan Vardanyanın idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.
Toqquşma nəticəsində "Infiniti" markalı avtomobilin sürücüsü A. Davoyan bədən xəsarəti ilə "Talin" tibb mərkəzinə yerləşdirlib.
Məlumata görə, yaralılardan A. Davoyan "Şirak" futbol klubunun futbolçusudur, "Mercedes" markalı avtomobilin sürücüsü isə Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı qoşunlarında müqaviləli hərbi qulluqçu kimi xidmət edir.
Alpər Mövludoğlu
Ordu.az