Erməni hərbi qulluqçu döyülüb

2017/10/488380204_s2342344_1509350495.jpg
Oxunub: 41158     10:04     04 Sentyabr 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdən birində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən daha bir hərbi qulluqçu əsgər yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.

Ordu.az xəbər verir ki, Ağdərə yaşayış məntəqəsində yerləşdirilən işğalçı ordunun hərbi hissəsinin əsgəri Tiqran Hovsepyan xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.

Müxtəlif bədən xəsarətləri alan T.Hovsepyan tibb məntəqəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Döyülmə  


Bizi "telegram"da izləyin