Hüseyn Altınalan: “Füzuli və Cəbrayılın işğalı 27 ildir sağalmayan yaramızdır”

2020/08/1598190759.jpg
Oxunub: 61788     16:25     23 Avqust 2020    
“ATƏT-in Minsk Qrupu başda olmaqla beynəlxalq güclər Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün lazımi addımlar atmalıdır”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan bildirib.

“Füzuli və Cəbrayılın işğalı 27 ildir sağalmayan yaramızdır. Qızıl Ordunun dəstəyi ilə bu bölgələr erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni silahlılarının qətliamından qorxaraq torpaqlarını tərk edən on minlərlə azərbaycanlı qardaşlarımızın evlərinə dönməsi və Dağlıq Qarabağın işğalına son verilməsi üçün ATƏT-in Minsk Qrupu başda olmaqla beynəlxalq güclər lazımi addımlar atmalıdır” deyə o, qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Füzuli   Cəbrayıl  


Bizi "telegram"da izləyin