İşğal edilmiş Ağdərə rayonu ərazisindəki yaşayış məntəqələrimizdən birində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən daha bir hərbi qulluqçu avtomatdan atəş açaraq özünü güllələyib.
Ordu.az xəbər verir ki, hərbi hissənin əsgəri Arman Minasyan xidmət yoldaşlarının təzyiq və təhqirlərinə dözməyərək silahla özünə xəsarət yetirib.
Lakin faktla bağlı polkovnik Gülyanın hərbi prokurorluğun sorğusuna göndərdiyi cavab əsasında hərbi qulluqçu A.Minasyan barəsində Ermənistan cinayət məcəlləsinin 363-cü maddəsi əsasında “xidmətdən yayınmaq məqsədilə qəsdən özünə xəsarət yetirdiyinə” görə cinayət işi açılıb.
Faktla bağlı heç bir rəsmi açıqlama verilməsə də araşdırma davam edir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Erməni-əsgər
Xəsarət