Ordu.az xəbər verir ki, Ermənistan ordusunun hərbi hissələrindən birində hərbi qulluqçusu Roland Hovanisyan sevgilisi ilə telefonla danışdıqdan sonra tabeliyində olan silahdan atəş açaraq özünə xəsarət yetirib.
Təsadüf nəticəsində sağ qalan erməni hərbçisinə tibb təlimatçısı ilk yardım göstərdikdən sonra hospitala təxliyyə olunub.
Komandanlıq faktı ictimaiyyətdən gizlətsə də, hərbi polis tərəfindən “qəsdən özünə xəsarət yetirmə” faktı üzrə cinayət işi açılıb, araşdırma aparılır.
Ordu.az