TRT arabi televiziya kanalında Ermənistanın son hərbi təxribatlarından bəhs edən süjet yayımlanıb - FOTOLAR

2020/08/15966-9580196400.jpg
Oxunub: 5019     11:09     06 Avqust 2020    
TRT arabi televiziya kanalında Ermənistanın son hərbi təxribatlarından bəhs edən süjet yayımlanıb.

Ordu.az-ın məlumatına görə, süjetdə Ermənistanın Azərbaycan ilə dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat nəticəsində yaranmış gərginlikdən bir neçə həftə keçdiyi, ermənilər atəşkəsi pozmaqda davam etdikləri qeyd olunur.

Süjetdə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayevanın fikirlərinə də yer verilib. Leyla Abdullayeva bildirib ki, ermənilər törətdikləri sonuncu təxribatları ilə başqa dövlətləri münaqişəyə cəlb etmək, eləcə də daxili problemlərindən diqqəti yayındırmaq istəyirdilər.

Materialda bildirilir ki, Azərbaycan Ermənistan tərəfindən işğal altında olunmuş ərazilərinin azad edilməsində beynəlxalq hüquqa istinad edir. ATƏT-in Minsk qrupu və Türkiyə Azərbaycanın bu mövqeyini dəstəkləyir. Bu günlərdə Türkiyənin Azərbaycanla birgə hərbi təlimlər keçirdiyi qeyd olunur.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev isə bildirib ki, Ermənistan Rusiyanı münaqişəyə cəlb etmək istəyirdi. Həmçinin Ermənistanın Rusiya ilə iyulun 23-də birgə hərbi təlimlər keçirməsi də təsadüf deyildi. Onu demək istərdim ki, Rusiya birbaşa müdaxilədən imtina etdi. Bilirik ki, Rusiya Minsk qrupunun üzvüdür. Bununla da o, danışıqlar prosesinə cavabdehdir. Ona görə də Rusiyanın mövqeyi balanslı olmalıdır.

Azərbaycan rəsmiləri hesab edir ki, dünya birliyi bu məsələdə hüququn tətbiqini ciddi şəkildə tələb etmir və Bakı Ermənistanın sərhəddə son təxribatını diqqət mərkəzində saxlayır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ermənistan   Qarabağ  

TRT arabi televiziya kanalında Ermənistanın son hərbi təxribatlarından bəhs edən süjet yayımlanıb - FOTOLAR

2020/08/15966-9580196400.jpg
Oxunub: 5020     11:09     06 Avqust 2020    