Ordu.az xəbər verir ki, Ağdərədən olan erməni hərbi qulluqçu Artur Ahdabedyan 48-ci postda xidmət apararakən özünü pis hiss edib. Bu barədə hərbi hissənin zabiti İ. Şakaryana məruzə edilib və təcili tibbi yardım maşını çağırılıb.
Həkimlərin müayinəsi nəticəsində məlum olub ki, hərbi qulluqçu A. Ahdabedyan bir neçə gün əvvəl təhlükəsizlik qaydalarının pozulması nəticəsində sol ayağından xəsarət aldığını gizlədib. Lakin sol ayağı şişdiyindən və ağrılara dözə bilmədiyindən hadisə barədə məlumat verib. Cərrahiyyə əməliyyatı keçirən əsgər uzun müddət hərbi müalicə müəssisəsində qalmaq məcburiyyətindədir
Hadisə komandanlıq tərəfindən ictimaiyyətdən gizlədilsə də, hərbi polis araşdırmasını davam etdirir.
Ordu.az