Ordu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
Bildirilib ki, bunun üçün iki ölkənin münasibətləri, habelə koronavirus pandemiyası ilə bağlı əlverişli vəziyyət yaranmalıdır.
Mənbəyə görə, ATƏT-in Minsk Qrupu çərçivəsində təmaslar daimi şəkildə, gündəlik olaraq həmsədrlər arasında davam edir.
“Hazırda başlıca məqsəd Azərbaycanla Ermənistan sərhədində hələ də xeyli yüksək olan gərginliyi azaltmaq, ATƏT-in Minsk Qrupu çərçivəsində diplomatik çözüm axtarışlarını fəallaşdırmaqdır”, - deyən mənbə sözügedən görüşün istənilən yerdə keçirilə biləcəyini də qeyd edib.
Ordu.az