Ermənistan MTX-nin sabiq direktoru: “Rayonların qaytarılması barədə sənəd danışıqlar masasına qoyulub”

2019/12/890-1577167530.jpg
Oxunub: 24868     10:45     24 Dekabr 2019    
“Dağlıq Qarabağ danışıqlar prosesində çox vacib, bizim üçün əlverişli gündəm itkisinə malikik. Bu gündəm Ermənistan hakimiyyətinin səyləri ilə itirilib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Davit Şahnazaryan bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesində gedən proseslər Ermənistan üçün təhlükəli xarakter alıb.

“Nəticədə, bu gün elə bir vəziyyətə sahibik ki, Dağlıq Qarabağın azərbaycanlı icması, əslində, legitimlik alır. ATƏT-in Misnk qrupuna həmsədrlik edən ölkələrin müxtəlif rəsmiləri bu barədə işarə verirlər. Bu, hədsiz dərəcədə təhlükəli məsələdir”, - deyə o qeyd edib.

Şahnazaryan, hazırda Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən zərərçəkmiş tərəf kimi qəbul olunduğunu da vurğulayıb: “Masaya mərhələli variant qoyulub. Bu, ABŞ və Rusiya tərəfindən deyilib. Bu nə deməkdir? Bu o deməkdir ki, status məsələsi bir tərəfə qoyulur. Rayonların qaytarılması barədə sənəd danışıqlar masasına qoyulub”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Qarabağ  


Bizi "telegram"da izləyin