Ordu.az xəbər verir ki, bu yaxınlarda işğalçı ordunun bölmələrindən birində “dedovşina” zəminində daha bir cinayət hadisəsi üzə çıxıb.
Məlumata görə, hadisə ilə bağlı araşdırma aparan müstəntiq Ardak Voskanyan Üçmüədzindən hərbi xidmətə çağırılan Artuş Armeni adlı əsgəri mütəmadi olaraq döydüklərinə, fiziki və mənəvi təhqirlərə məruz qoyduqlarına görə 3 hərbi qulluqçunun cinayət məsuliyyətinə cəlb edilməsi barədə hərbi hissəyə məktub göndərib.
Hərbi hissə komandirinin əmrinə əsasən erməni hərbiçiləri Vahram Arakelyan, Vazgen Budoyan və Samvel Arustamyan müstəntiqin sərəncamına göndəriliblər.
Faktla bağlı istintaq davam edir və bu işdə başqa hərbi qulluqçuların da iştirakı araşdırılır.
Ordu.az