Sabiq erməni deputat: “Qarabağın azərbaycanlı icması ayrıca danışıqlarda iştirak edərsə...”

2019/12/768-1576485869.jpg
Oxunub: 29939     15:07     16 Dekabr 2019    
“Əgər Qarabağın azərbaycanlı icması ayrıca bir vahid olaraq, danışıqlarda iştirak edərsə və onun iştirakı ilə hər hansı bir sənəd imzalanarsa, Paşinyanı digər 3 prezidentin taleyi gözləyəcək”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Ali Şurasının deputatı Albert Bağdasaryan deyib.

Bağdasaryan qeyd edib ki, Azərbaycan tərəfindən irəli sürülən bu taktiki bacarığı erməni tərəfi zərərsizləşdirməlidir.

Qeyd edək ki, Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyası sədrinin müavini, “Mənim addımım” fraksiyasının deputatı Hovhanes İgidyan jurnalistlərlə görüşərkən qeyd edib ki, Paşinyan danışıqlara Azərbaycan prezidenti ilə birgə Qarabağın azərbaycanlı icmasını təmsil edən şəxslərin də gəlməsində bir problem görmür.

Ötən gün İgidyan dediklərini redaktə edərək qeyd edib ki, verdiyi açıqlama ilə bağlı qaldırılan səs-küyü başa düşmür. O qeyd edib ki, əgər Paşinyanın “Şant” telekanalına verdiyi müsahibəsini nəzərdən keçirsələr, bu açıqlamanın hansı konteksdə verildiyini anlayarlar.

Məsələ ilə bağlı öz fikrini bildirən Bağdasaryan bildirib ki, İgidyanın bəyanatını şərh etmək istəmir.

“Buna səbəb Ter Petrosyanın hakimiyyəti dövründə parlamentin xarici əlaqələr komissiyasının sədri olduğu vaxtdan hələ də onun açıqlamaları heç vaxt ciddi qəbul edilmir. O, sadəcə hakimiyyətin konyukturasıdır və onun sözlərinə əsaslanaraq hər hansı bir açıqlama verən şəxsin qısa müddətdə çox pis vəziyyətdə qalar. İgidyanın son açıqlamasından da göründüyü kimi o, qısa zamanda verdiyi bəyanatdan imtina edə biləcək bir şəxsdir.

Dağlıq Qarabağın azərbaycanlı icmasının iştirakına gəlincə, bu, Qarabağ tərəfinin danışıqlarda iştirakına qarşı Azərbaycanın irəli sürdüyü tələbdir. Erməni tərəfinin danışıqlarda iştirak edən nümayəndələri bunu zərərsizləşdirməlidir. Amma bunun indiyədək zərərsizləşdirilmədiyi başqa bir məsələdir”, - deyə Bağdasaryan bildirib.

İgidyanın sadəcə ictimai əhval ruhiyyəni yoxlamaq istəməsi ilə bağlı məsələyə gəldikdə Bağdasaryan qeyd edib ki, illərdi əldə edilənlərin, əzabların, itkilərin, sülh üçün güzəştə çevrilə bilməsinə dair erməni hökumətinin addımı mütləq büdrəyəcəkdir.

“Allah eləməsin ki, Ermənistanın hər hansı bir nümayəndəsi Azərbaycanın bu bacarığını udsun və ya həzm etsin. Paşinyanın “Şant” televiziyasına verdiyi müsahibəsini eşitmişəm, lakin incəliklərini tam xatırlamıram. Bu Levon Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan hakimiyyəti dövründə də belə olub. Əgər danışıqlar masası ətrafında azərbaycanlı icmasını ayrıca bir vahid, əlahiddə tərəf kimi təqdim edərlərsə və Paşinyan bu məsələdə iştirak edərsə, bu öncəki hər 3 prezidentin keçdiyi yola bərabər olacaq, Paşinyanı da həmin tale gözləyəcək”, - deyə o bildirib.

Deputatın sözlərinə görə, əgər Qarabağın azərbaycanlı icması və Paşinyan hansısa statusla danışıqlarda iştirak edərsə, Qarabağın azərbaycanlı icması və ya Qarabağ icması adı altında ortaq imzalı sənəd olarsa, o halda Nikolun gələcəyi Serjikin, Robertin, Levonun taleyinə bərabər olacaq.

“Bu Paşinyanın və İgidyanların sonu olacaq. İgidyan kimilər daim istifadə edilib, indi də Paşinyan tərəfindən istifadə olunur”, - deyə o qeyd edib.

Jurnalistin “Bəs hansı halda qeyd edilən məsələ ilə bağlı Azərbaycana güzəştə getmək mümkündür”, sualına cavabında Bağdasaryan qeyd edib ki, belə bir güzəştə bundan sonra bacarıqsız olduğunu dərk etdiyin halda yol vermək olar, əks halda təmsil etdiyin dövlət dağılar.

“Serj Sarkisyanlar o həddə çatmışdı ki, hakimiyyəti saxlamaq üçün istənilən sənədi imzalamağa, 7 rayon qaytarmağa hazır idilər. Əgər inqilab yolu ilə hakimiyyətə gələn Paşinyan da eyni xətti davam etdirəcəksə, yenə də təkrar edirəm ki, Serj Sarkisyanla eyni taleyi yaşayacaq”, - deyə o sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin