Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan deyib.
Onun sözlərinə görə, ən vacibi status ətrafında aparılan danışıqlardır, lakin danışıqlar nəticə verməyəcək və məhz bu, “alma mübarizəsi” olacaq.
“Nədən danışırlar? Masaya qoyulmuş nəsə bir şey var? Bəlkə var, biz bilmirik. Bunlar, haqqında təsəvvürə malik olmadığımız məsələlərdir. Cəmiyyətə açıq informasiya vermirsənsə, onunla açıq şəkildə işləmirsənsə, təbii ki, suallar yaranır. Ya bunlara cavab verməlisən, ya da suallar havadan asılı vəziyyətdə qalacaq”,- deyə Sarkisyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az