Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Mnatsakanyan və ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə fəaliyyət göstərən müavini ATƏT-in Nazirlər Konfransının gündəm məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Onlar həmçinin bir sıra beynəlxalq və regional gündəm məsələlərinə toxunublar.
Mnatsakanyan və Riker ATƏT-in Misnk qrupu həmsədrlərinin vasitəçiliyi ilə dekabrın 4-də baş tutmuş Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü, bundan sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyəti rəhbərlərinin bəyanatları ətrafında fikir mübadiləsi aparıblar.
Alpər Mövludoğlu
Ordu.az