Qarabağda ölən yezidi hərbi qulluqçunun mobil telefonunda axtarış aparılıb

2019/12/11148-1575628961.jpg
Oxunub: 1027     15:07     06 Dekabr 2019    
“Bir hərbi qulluqçunun ölümü və digərinin yaralanması cinayəti üzrə bir sıra təxirəsalınmaz və zəruri istintaq tədbirləri, o cümlədən döyüş postunun kameralarının görüntülərinin ekspertizası həyata keçirilib”.

Ordu.az xəbər verir ki, bu Ermənistan Xüsusi İsttintaq Xidmətinin ölən və yaralanan hərbi qulluqçularla bağlı yaydığı bayanatında qeyd olunub.

Xatırladaq ki, 2 dekabr 2019-cu il saat 06:50 radələrində Qarabağdakı qanunsuz erməni hərbi birləşməsinin şimal-şərq istiqamətində yerləşən hərbi hissələrindən birində 1998-ci il təvəllüdlü Artur Acamyan aldığı odlu silah yarasından ölüb, digər 1999-cu il təvəllüdlü Davit Melikbekyan isə yaralanıb.

Baş vermiş fakt üzrə 3-cu qarnizonun istintaq şöbəsində iki və daha artıq şəxsi öldürməyə cəhdetmə üzrə CM-nin müvafiq maddəsi əsasında cinayət işi başlanılıb.

Bildirilir ki, bir sıra təxirəsalınmaz istintaq tədbirləri, o cümlədən meyitin xarici görünüşünün müayinəsi, hadisə yerinə baxış, meyid və yaralı Melikbekyanla bağlı ekspertiza təyin edilib. Bir qrup hərbi qulluqçu şahid qismində dindirilib. Zərərçəkən A.Acamyanın babası xatif Acamyan zərərçəkənin varisi kimi tanınıb və dindirilib. Vəkil Hayarpi Sarkisyan və Xaçatur Stepanyanın zərərçəkənin varisinin nümayəndələri olaraq tanınıb və meyitin məhkəmə tibbi ekspertiza müayinəsində iştirak ediblər.

Ötən gün hərbi qulluqçunun yaxınları parlament binası qarşısında aksiya təşkil edib. Acamyanın yaxınları tələb edir ki, övladlarını intihar etmiş hərbi qulluqçu kimi ləkələməsinlər. Onlar iddia edir ki, əgər 2-ci bir yaralı varsa hadisə intihar ola bilməz.

Döyüş mövqeyinin kameralarının görüntüləri götürülüb. Acamyanın telefon əlaqələrinin nüsxələrinin əldə edilməsi və mobil telefonuna baxış keçirilməsi üçün müvafiq orqana vəsatət verilib. Məhkəmə ballistik ekspertizası təyin edilib. Cinayət əməli üzrə araşdırma davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Yezidilər   Zorakılıq  

Qarabağda ölən yezidi hərbi qulluqçunun mobil telefonunda axtarış aparılıb

2019/12/11148-1575628961.jpg
Oxunub: 1028     15:07     06 Dekabr 2019    