“Minsk qrupu danışıqları alqışlayıb, Lavrov və Məmmədyarov bunu danışıq adlandırıb, lakin bizim mutilovşik deyir ki, 3,5 saat konsolidasiya olub, deməli konsolidasiyadır”.
Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Adekvat” partiyasının həmtəsisçisi Artur Danielyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, bir sualın cavabı yoxdur - Bratislavada nə haqqında danışmayıblar?
“İndi isə desert - Ermənistan Xarici İşlər Nazirliyi rəsmi bəyanatı saxtalaşdırıb. Onlar erməni dilində bir mətn veriblər. Orada olduqca hərbi vətənpərvər şəkildə qeyd edirlər ki, “Qarabağ özünü və xalqını müdafiə etmək üçün tam qabiliyyətə malikdir. Ermənistan Qarabağın təhlükəsizliyinin yeganə qarantı olaraq qalmağa davam edir”. İngilis dilli versiyada, yəni originalda bənzər sözlər yoxdur. Nəticələri sizə buraxıram. Bundan sonra Ermənistan Xarici İşlər Nazirliyi qürurlu vətənpərvər dildə daxilin Poğosları və qeyri-vətənpərvər dildə xaric üçün hər zaman iki dildə bəyanatlar yaymalıdır”, - deyə Danielyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Qarabağ
XİN