"Qarabağ münaqişəsinin həllinin tapılması ATƏT-in əsas mandatıdır" - Matti Anttonen

2019/12/maxre-1575543422.jpg
Oxunub: 14802     15:05     05 Dekabr 2019    
“Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması istiqamətində çalışmağa davam etməliyik”.

Ordu.az xəbər verir ki, bunu Finlandiya Xarici İşlər nazirinin müavini Matti Anttonen ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ATƏT üzvü olan ölkələrdəki münaqişələrdə tərəflər arasında konstruktiv dialoq davam etdirilməli, etimad tədbirləri daha da artırılmalıdır.

“Biz Gürcüstandakı münaqişələrin və Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması istiqamətində çalışmağa davam etməliyik. Bu, ATƏT-in əsas mandatıdır”, - deyə Finlandiya XİN başçısının müavini qeyd edib.

O, münaqişə tərəfləri arasında konstruktiv dialoqun və etimad tədbirlərinin mövcud həqiqətlər və təhlükələr nəzərə alınmaqla həyata keçirilməsinin vacibliyinə diqqət çəkib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Qarabağ  


Bizi "telegram"da izləyin