Erməni politoloq: “Əgər Paşinyan Sarkisyanı təcrid edərək Qarabağda müqaviməti poza biləcəyini düşünürsə, çox pis yanılır”

2019/12/43288-1575538657.jpg
Oxunub: 12008     15:37     05 Dekabr 2019    
“Serqo Karapetyanı xatırlayırsınız, elə deyil? Əvvəlcə Kənd Təsərrüfatı naziri işləyirdi. Deyim bilin, mənim adım artıq hər zaman sizin dodaqlarınızda olacaq. Sizin və nəsillərin. Çünki xainlər unudulmur, hər zaman xatırlanır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Hrant Melik-Şahnazaryan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, əgər Paşinyan Serj Sarkisyanı təcrid edərək Qarabağ məsələsində müqaviməti poza biləcəyini düşünürsə, çox pis yanılır.

“Kim xəbərdar deyilsə, deyim, o, elə bir sənədə imza atdı ki, bunun nəticəsində əvvəlcə Serj Sarkisyan həbs olunacaq, sonra da Qarabağ məsələsi yumşaq dildə desək, qeyri-ermənipərəst həll mərhələsinə daxil olacaq.

Qarabağ məsələsində istənilən anti-erməni proqramının, sözünün, hətta vergülün əks-təsiri çox güclü olacaq. Bu yolla getməyi və ya taleyi ilə oyunlar oynamağı heç kimə məsləhət görmürəm. İşiniz yoxdur. Eşidirsiniz? İşiniz yoxdur”, - deyə politoloq qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan   İşğal  


Bizi "telegram"da izləyin