Erməni deputat: “Lavrovun bəyanatları həyata keçirilən hər hansı yerdəyişmələr haqqında sübut verir”

2019/12/01-14-1575457643.jpg
Oxunub: 514     16:27     04 Dekabr 2019    
“Lavrovun Bakı və İrəvanda verdiyi bəyanatlar, həmçinin Azərbaycan və Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri nizamlanma prosesində həyata keçirilən hər hansı yerdəyişmələr haqqında sübut verir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Arman Babacanyan öz “Facebook” səhifəsində qeyd edib.

Babacanyan dekabrın 3-də Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıda səsləndirdiyi bəyanatları xatırladıb.

““Rusiya və Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ probleminin həll məsələsində kompromis tapmaq imkanı var”, - deyə Lavrov bildirib.

Lavrov qeyd edib ki, kompromisə nail olmaq imkanları mövcuddur.

“İş asan deyil. Bu münaqişə MDB məkanında ən uzun müddətlilərdən biridir. Bugünkü və dünənki təmaslar bizə irəli hərəkət etməyə necə səy göstərməyi daha yaxşı başa düşməyə imkan verdi. Ümid edirəm ki, nəticələr olacaq”, - deyə Lavrov bildirib.

O, həmçinin qeyd edib ki, dekabrın 4-də Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın gözlənilən görüşünün nəticələrində iki ölkə Xarici İşlər nazirləri və ATƏT həmsədrlərinin iştirakı ilə beştərəfli bəyanatın qəbulu gözlənilir.

Maraqlıdır ki, Rusiya Xarici İşlər naziri tərəfindən bu cür bəyanatlar Xarici İşlər nazirlərinin görüşündən bir neçə saat əvvəl səslənir. Lavrovun dekabrın 4-də baş tutacaq görüş nətiəsində beştərəfli bəyanatın qəbul olunması ilə bağlı gözləntisi eyni qədər maraqlıdır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Lavrov   Qarabağ  

Erməni deputat: “Lavrovun bəyanatları həyata keçirilən hər hansı yerdəyişmələr haqqında sübut verir”

2019/12/01-14-1575457643.jpg
Oxunub: 517     16:27     04 Dekabr 2019    