Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri sonuncu dəfə sentyabrın 23-də Nyu-Yorkda görüşüb.
“Yəqin ki, reallıqla əlaqəsi olmayacaq etimadlar, vədlər olacaq. Konfliktin əsası dəyişməyib, heç bir dəyişiklik baş verməyib. Təəssüf ki, Qarabağ məsələsində danışıqlar vasitəsilə həll olmayacaq. Danışıqlar dinc və sabit vəziyyətin təmin olunması üçün lazımdır”, - deyə erməni politoloq Levon Şirinyan bildirib.
Politoloqun sözlərinə görə, Qarabağ məsələsi yalnız hərbi yolla həll olunacaq, başqa variant yoxdur.
“Lavrov nə Paşiyanla, nə də Əliyevlə razılaşmır, vəziyyəti nəzərə alaraq Rusiya sabah Ermənistana tərəf danışa bilər. Rusiya konflikti saxlayır ki, idarə etsin”,- deyə Şirinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az