Ordu.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar partiyasının sədr müavini, erməni parlamentinin sabiq deputatı, xarici əlaqələr üzrə daimi komissiyasının sabiq sədri Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, dekabrın 3-də Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin birgə mətbuat konfransı da olduqca kəlamlı idi.
“Azərbaycan tərəfi yenidən öz ampluasında idi: “поэтапный подход”, “субстантивные переговоры”, “возвращение беженцев и переселенцев”, “урегулирование должно привести к процветанию” və Qarabağ məsələsi ilə əlaqəli olan nörolinqvistik proqramlaşdırmanın digər vasitələri, "mantra"ları.
Paşinyanın KTMT ölkələrinin Azərbaycana silah satışını dayandırması ilə bağlı bəyanatı haqqında Xarici İşlər nazirlərinin şərhləri də diqqətəlayiqdir. Lavrovun fikrindən məlum oldu ki, bu əməkdaşlıq davam etdiriləcək, Məmmədyarov isə yeni silahlanma sövdələşmələri haqqında işarə etdi. Münaqişənin həllinin hazırkı mərhələsində rəsmi Moskvanın birinci skripka rolunu öz üzərinə götürməsi görünəndir”, - deyə Aşotyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az