21 yaşlı hərbi qulluqçu Artur Acamyan ölüb, onun 20 yaşlı xidmət yoldaşı Davit Melikbekyan isə yaralanıb.
Məlumata görə, əsgərlər mübahisə edib və yeganə versiya budur ki, Artur Davitə atəş açıb, onun öldüyünü düşünüb, sonra da özünə atəş açıb və intihar edib. Davit isə ağır yaralanıb, lakin ölməyib.
Jurnalistlər Ermənistan ordusunun ali zabit heyətindən bu hadisələrin nə üçün bir-birinə ara vermədiyini öyrənməyə çalışarkən noyabrın 26-da Dilican tədris mərkəzi ərazisində ağacdan asılı vəziyyətdə tapılmış əsgərin intihar işindən yeni detalları müəyyən edib.
Məlumata görə, Vahan Muşeğyanın ağacdan asıldığı ip hərbi hissəyə aid olmayıb və İrəvan şəhərinin Komitas küçəsində yerləşən tikinti materialları mağazalarından birindən alınıb.
Alpər Mövludoğlu
Ordu.az