2019-cu il 2 dekabr səhər saat 06: 50 radələrində işğal altında olan Dağlıq Qarabağ ərazisində yerləşdirilmiş qanunsuz “hərbi birləşmə”nin müddətli xidmət hərbi qulluqçusu Artur İşxanoviç Acamyanın ölümü, müddətli xidmət hərbi qulluqçusu Davit Harutyunoviç Melikbekyanın isə odlu silah yarası alması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb, istintaq aparılır.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
O qeyd edib ki, işin hərtərəfli və obyektiv araşdırılması üçün zəruri istintaq tədbirləri görülür.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Qarabağ
Ölüm
Ermənistan-ordusu