Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mətbuat konfransı zamanı Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya bu təşəbbüsün müəlliflərindən biri olub.
“Hesab edirəm ki, bu, çox vacibdir. İstənilən qərar bu torpaqda yaşayan insanlar tərəfindən qəbul olunmalıdır. Mən icmalar arasında əlaqələrin və onların bərpa olunmasının tərəfdarıyam. Yekunda Qarabağın bütün əhalisi necə yaşamaq lazım olduğunu özü qərar verməlidir”, - deyə o qeyd edib.
Ordu.az