Xəbər verdiyimiz kimi, dünən, saat 15:15 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində qanunsuz “hərbi birləşmə”nin müqaviləli hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Rafayel Vağarşak Azizyan güllə yarası alıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan yaralanmış hərbi qulluqçunun vəziyyəti barədə açıqlama verib.
O qeyd edib ki, hərbi qulluqçunun vəziyyəti ağır qalmağa davam edir, hazırda Xankəndi hospitalındadır, nəqliyyatla İrəvana köçürüləcək.
“Görək, hansı nəqliyyat vasitəsilə onu köçürə bilərik”, - deyə Hovhannisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Yaralı