İşğal edilmiş ərazilərimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbçilər arasında alçaltma, fiziki və cinsi təzyiqlərə məruz qalma, özbaşınalıq nəticəsində baş verən cinayət hadisələrinin sayının durmadan artmasının bir səbəbi də cinayətkarların orduya yol tapmasıdır.
Ordu.az xəbər verir ki, xarici ölkələrdə cinayət əməli törətmiş yüzlərlə erməni məsuliyyətdən yayınmaq məqsədilə məhz ordu sıralarında gizlənir.
Əvvəllər cinayət törətmiş əsgərlər, müqaviləli hərbi qulluqçular, hətta zabitlər barədə dəfələrlə məlumatlar yayılıb. Bu günlərdə daha bir belə fakt məlum olub.
Belə ki, 2019-cu ilin yayında Ermənistandan hərbi xidmətə çağırılan və hazırda işğalçı ordunun 6-cı dağ atıcı alayında xidmət edən Conin Yeremyan Rusiya Federasiyasında cinayət törədib. Məsuliyyətdən yayınmaq məqsədilə o Rusiyadan qaçaraq Ermənistan ordusuna “pənah” gətirib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Qarabağ
Ermənistan-ordusu
Cinayət