Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Davit Harutyunov Ermənistanın hansı halda KTMT-yə müraciət edə biləcəyi haqqında danışarkən bildirib.
O qeyd edib ki, əgər erməni tərəfi bu məsələni müstəqil həll edə bilməyəcəyini görürsə, dəstək istəyə bilər.
Ekspertin sözlərinə görə, baş vermiş qarşıdurmalar zamanı Azərbaycana KTMT-dən hər hansı reaksiya olmayıb, çünki Ermənistan bu məsələ üzrə heç vaxt müraciət etməyib.
Alpər Mövludoğlu
Ordu.az