Ölən erməni hərbi qulluqçunun atası etiraz edir: “Paşinyan 18 ay əvvəl məni aldadıb”

2019/11/45645-1573126282.jpg
Oxunub: 487     16:10     07 Noyabr 2019    
Bu gün 2013-cü ildə hərbi hissədə ölmüş vəziyyətdə tapılan müddətli hərbi qulluqçu Arman Muradyanın atası Hovsep Muradyan Ermənistan hökumət binası qarşısında oğlunun ölüm işinin ortaya çıxarılmasını tələb edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun iddiasına görə, oğlu intihar etməyib, öldürülüb.

Murdayan Ermənistan Xüsusi İstintaq Xidmətinin müstəntiqlərlə birlikdə oğlunun ölüm işini gizlətdiyini vurğulayıb.

“Tələb edirəm ki, bu işi ortaya çıxarsınlar”, - deyə o qeyd edib.

Muradyanın sözlərinə görə, Paşinyan 18 ay əvvəl onu aldadıb və oğlunun işindən xəbərdar olduğunu deyib, lakin bu iş üzrə heç nə edilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Etiraz   Ermənistan-ordusu  

Ölən erməni hərbi qulluqçunun atası etiraz edir: “Paşinyan 18 ay əvvəl məni aldadıb”

2019/11/45645-1573126282.jpg
Oxunub: 490     16:10     07 Noyabr 2019    