“1 Mart” işi ilə bağlı şok açıqlamalar olacaq

2019/09/Untit-1568975259.jpg
Oxunub: 226     20:39     07 Noyabr 2019    
İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin Şenqavit iqamətgahında “1 Mart” işi üzrə məhkəmə işi davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iş üzrə ittiham olunan Robert Köçəryanın müdafiəçiləri həbs qətimkan tədbirinin girovla dəyişdirilməsi vəsatətini təqdim edib.

Qeyd olunur ki, vəkil Seda Safaryan Köçəryanın şəxsiyyətini daha dərindən təhlil etdiyini bildirib.

“Mən həm “1 Mart”dan əvvəl, həm də “1 Mart”dan sonrakı bu geniş miqyaslı işləri nəzərə alaraq Robert Koçəryanın şəxsiyyətini daha dərindən təhlil edirəm. Xatırlatmaq istəyirəm ki, “1 Mart”dan sonra o, fövqəladə vəziyyət tətbiq edərək Ermənistanda nəinki hər hansı məsələni həll edirdi, həmçinin bu fövqəladə vəziyyət ilk növbədə mitinqi dağıtmaq üçün lazım idi”, - deyə o bildirib.

Erməni Milli Konqresinin Hüquq Komissiyasının nümayəndəsi Armen Xaçatryan Seyran Ohanyanın belə bir şey deyə bilməsini təəccüblə qarşılayıb.

“Mən Seyran Ohanyanın belə bir şey deyə bilməsinə təəccüb edirəm. Axı, onun vəkili var. Həmin vəkil 10 nəfərin ölümü ilə nəticələnən bu cinayət işində Sehran Ohanyanı istisna edə bilərdi. Bu cinayət işində Ohanyan, Köçəryan və digərləri ittiham olunur. 10 nəfər qurban onun, Köçəryanın və digərlərinin həyata keçirdiyi əməliyyatların nəticəsidir. Eyni zamanda, İrəvan şəhərinə yeridilmiş silahlı qüvvə bu insanların ölümünə səbəb olub. Silahlı qüvvənin qeyri-qanuni güc tətbiqi nəticəsində bu insanlar öldürülüb”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: 1-Mart   Köçəryan  

“1 Mart” işi ilə bağlı şok açıqlamalar olacaq

2019/09/Untit-1568975259.jpg
Oxunub: 229     20:39     07 Noyabr 2019    