"1-Mart" sözünə uyğun 1434 nəticə tapıldı!

Putin Ermənistana səfər edəcək?| O, Köçəryanı türmədə belə ziyarət etməyə can atır

2019/09/timth-1567759206.jpg
Oxunub: 782     20:35     06 Sentyabr 2019    
“İndiki məqamda mənim başqa məlumatım yoxdur. Biz Ermənistanda keçiriləcək AİƏT Ali Şurasının iclasına və Rusiya Federasiyası rəhbərinin orada iştirak etməli olduğuna əsaslanaraq bunu deyirik. Mənim başqa məlumatım yoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin deyib.

Oktyabrın 1-də İrəvanda Avrasiya İqtisadi Birliyi (AİB) Ali Şurasının iclası keçiriləcək. AİB üzv dövlətləri bu iclasda mütəmadi olaraq dövlət başçıları səviyyəsində iştirak edirlər. Bu iclas çərçivəsində Putinin də Ermənistana səfər edəcəyi ehtimal edilir.

Bu səfər Putinin hakimiyyət dəyişikliyindən sonra Ermənistana ilk səfəridir və buna görə Paşinyan üçün xüsusi əhəmiyyət kəsb edir.

Putinin Ermənistana ehtimal edilən səfəri haqqında keçən ildən danışılırdı. Rusiya prezidentinin mətbuat sözçüsü Dmitri Peskov Putinin Ermənistana səfəri haqqında hələ ötən il məlumat verib. Amma o, dəqiq vaxt qeyd etməyərək bildirib ki, səfərin vaxtı hələ dəqiqləşdirilir. Bunun əvəzində Paşinyan bir neçə dəfə Rusiyaya səfər edərək, orada Vladimir Putinlə görüşlər keçirib.

Artıq qeyd etdiyimiz kimi söhbət Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı (AİƏT) Ali Şurasının iclasından gedir. Bu iclasda ölkə rəhbərləri səviyyəsində iştirak edirlər. AİƏT çərçivəsində hökumətlərarası şuraların iclasları da keçirilir. Bu iclaslarda üzv ölkələrin hökumət başçıları iştirak edir.

Ermənistana elə bir vəziyyət yaranıb ki, hər iki iclasda baş nazir iştirak etməlidir. Buna görə də Ali Şuranın iclasından əvvəl cari il ərzində İrəvanda Avrasiya İqtisadi Komissiya Şurasının iclası keçirilir. Həmin iclas zamanı gündəlik və digər məsələlərlə bağlı dəqiqləşdirmələr aparılıb.

Ermənistan ictimaiyyəti son vaxtlar gözlənilən görüşlər və proseslərin inkişafı ehtimallarını müzakirə edir. Müxtəlif məlumatlara görə, Putin cəzaçəkmə müəssisələrinə baş çəkmək və bununla da “1 Mart” hadisəsində təqsirləndirilən Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşmək istəyini ifadə edib. Başqa sözlə, o, Köçəryanı şəxsən görmək üçün həbsxanaya getməyə hazırdır.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin qeyd edib ki, Rusiya prezidentinin səfərinin və mümkün görüşlərinin detalları haqqında informasiya hələki dəqiq məlum deyil.

“Mən indi bu suallara ətraflı cavab verməyə hazır deyiləm, amma bilirəm ki, üzv dövlət başçıları səviyyəsində, Ermənistana gəldikdə isə hökumət rəhbəri səviyyəsinə keçirilən, bu qurumun əsas orqanı olan AİB Ali Şurasının iclasının 1 oktyabr tarixində Ermənistanda keçirilməsi nəzərdə tutulub. Hal hazırda bilinən və planlaşdırılan budur”, - deyə səfir qeyd edib.

Putinin Ermənistana gəlib-gəlməyəcəyi barədə suala isə səfir məlumatı olmadığını bildirib.

“Hər hansı məlumata malik olmadığıma görə mümkün ola biləcək dəyişikliklər haqqında danışmağa hazır deyiləm”, - deyə o bildirib.

Səfir Rusiya prezidentinin Paşinyanla hansı məsələləri müzakirə edəcəyini də bilmədiyini qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Paşinyan   Köçəryan