Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni iş adamı Silva Hambardzumyan bildirib.
O qeyd edib ki, istintaq orqanlarına bu məbləği nə üçün göndərdiyi barədə ifadə verib.

“Mən bunu ödədim ki, tərəfdaşlarımla BƏƏ və Ermənistan arasında biznes aparmaq üçün mənə mane olmasınlar. Bunun üçün pul ödəmişəm, məni məhkəmə çağıranda ifadəm nəşr olunacaq”, - deyə o bildirib.
Köçəryanın ətrafının “1 Mart” hadisələrində şahid kimi adı hallanan şəxslərə və ya cəlb olunmuş müstəntiqlərə, hakimlərə təzyiq göstərməsi ilə bağlı verilən suala iş adamı Hambardzumyan cavab verib ki, hər şey gözləniləndir.
“Bir fikir var, heç vaxt heç vaxt demə. Hər şey gözləniləndir, təhlükəsizlik məsələsində zəmanət verə bilmərik”, - deyə o qeyd edib.
Hambardzumyanın sözlərinə görə, onun dövlət sayəsində təhlükəsizliyi var.
“Dövlət sayəsində təhlükəsizliyim var. Təhdidlər almıram, çünki böyük ehtimal bilirlər ki, dövlət tərəfindən hələ də qorunuram”, - deyə iş adamı bildirib.
O qeyd edib ki, verdiyi məbləğdən adını açıqlamadığı bir polis vasitəsilə Serj Sarkisyana da çatıb.
Söhbətin nə qədər puldan getməsi ilə bağlı verilən suala cavabında Hambardzumyan qeyd edib ki, Köçəryana 3 milyon dollar, Sarkisyana 3 milyon dollar, Armen Gevorqyana isə 1 milyon dollar verib.
O bildirib ki, Aram Harutyunyan Oqanovskinin köməyi ilə Ermənistandan qaçıb.
“Mən Aram Harutyunyanın yerini bilmirəm, o, hazırda Türkiyədədir, Oqanovskinin köməyi ilə Ermənistandan Qarabağa gedib, İrandan İstanbula keçib. 2019-cu il yanvarın 8-də Gürcüstanda kazinoda olub, sonra Fransaya, Londona gedib, aprelin 19-da Moskvaya qayıdıb, bundan sonra onun izini itirmişəm”, - deyə Hambardzumyan qeyd edib.
Qeyd edək ki, general Oqanovski adı ilə tanınan Samvel Karapetyan “1 Mart” hadisə üzrə ittiham olunur və onun son olaraq Türkiyədə olması yeni üzə çıxıb.
Alpər Mövludoğlu
Ordu.az