Füzuli rayonunda əkin sahəsində aşkarlanan top mərmisi məhv edilib

2019/11/25dc3-1573103614.jpg
Oxunub: 199     10:48     07 Noyabr 2019    
Füzuli rayonunun Şpartı düzü ərazisində mərminin tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Ordu.az-a verilən məlumata əsasən, bu barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Aparılan axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Füzuli   ANAMA  

Füzuli rayonunda əkin sahəsində aşkarlanan top mərmisi məhv edilib

2019/11/25dc3-1573103614.jpg
Oxunub: 202     10:48     07 Noyabr 2019    