Məlumata görə, sözügedən iddialar sənədləşdirilərək Ermənistan Müdafiə naziri Davit Tonoyana göndərilib.
Xüsusilə qeyd olunur ki, guya ORSIS Ermənistan Müdafiə Nazirliyini hərbi cihazlar əvəzinə ov cihazları ilə təchiz etməyə cəhd edib.
Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi 500 hərbi müşahidə cihazı üçün müraciət təqdim edib, ORSIS şirkəti isə bunların hər biri üçün 3.1 milyon dram təyin edib. Yəni, hər biri üçün 600.000 dram daha artıq məbləğ müəyyənləşdirilib.
Ermənistan Müdafiə Nazirliyi bu qiymətlə 500 cihaz üçün 1.9 milyard dram ödəməlidir. Lakin razılaşma may ayından etibarən aşkar edilmiş pozuntulara görə dayandırılıb. ORSIS şirkətinin hüquqşünası Aleksandr Sirunyan bu xəbərləri təkzib edib.
Noyabrın 4-də Ermənistan parlamentində ORSIS şirkəti ilə bağlı suala cavab verərkən Tonoyan bildirib ki, cinayətkar əməl olub, lakin kim tərəfindən və hansı həcmdə olması məsələsini istintaq orqanları müəyyənləşdirəcək.
Tonoyan ona ötürülmüş sənədlərlə bağlı bildirib ki, bu, nəinki ekspertiza olub, həmçinin bir şirkətə üstünlük vermə faktını göstərib.
Alpər Mövludoğlu
Ordu.az