Erməni hərbi qulluqçu hərbi hissəni özbaşına niyə tərk edib? - DETALLAR

2019/11/74d5c-1572953568.jpg
Oxunub: 14463     16:31     05 Noyabr 2019    
Bir neçə gün öncə Ermənistan Müdafiə Nazirliyinin Qafanda dislokasiya olunan hərbi hissəsini özbaşına tərk edən Erik Qasparyan hazırda hərbi polisin qəbuletmə-paylama məntəqəsində saxlanılır.

Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin hərbi hissəni özbaşına tərk etməsi maddəsi üzrə müvafiq ittiham irəli sürülüb. Onu hərbi hissənin nəzarətinə verilməsi haqqında qərara qəbul edilib, ancaq hələlik əvvəlki xidmət yerinə qaytarılıb-qaytarılmayacağı məlum deyil.

İbtidai istintaqı 9-cu Qarnizon Hərbi Prokurorluğunun müstəntiqləri araşdırır.

Qasparyanın vəkili qeyd edib ki, indiki məqamadək obyektiv araşdırma aparılır.

Hərbi polis Erikin şərəfini ləkələməyə çalışır?

Erikin hərbi hissəni özbaşına tərk etməsi oktyabrın 27-də məlum olub. Yayılan məlumata görə, Qafanda yerləşən hərbi hissələrdən birinin hərbi qulluqçusu xidmət yerini tərk edib və yoxa çıxıb. Həmin gün məlum oldu ki, Ermənistan MN-in hərbi polisi artıq bir neçə gündür ki, əsgəri axtarırır.

Əsgərin anası Cemma Qasparyan bildirib ki, oğlu hərbi xidmətdən narazı olmayıb. İyul ayında 15 günlük məzuniyyətə gəldiyini bildirib. Bir neçə gün əvvəl də oğlu ilə telefonla danışdığını vurğulayıb. Anası bildirib ki, onların ailəsi taxta komada yaşayırlar. Erik əsəb xəstəsidir. Ailənin başçısı isə 1 il əvvəl Moskvada baş verən avtomobil qəzasında yanaraq ölüb.

Nümunəvi xidmətlə məzuniyyətə gələn, heç vaxt hərbi xidmətdən narazı olmayan hərbi qulluqçunun hərbi hissəni özbaşına tərk etmə səbəblərini dərindən araşdırmadan Ermənistan MN-in mətbuat katibi öz “Facebook” səhifsində belə yazıb: “Hansı hay-küy qaldırılmasından, hansı şou baş verməsindən asılı olmayaraq, 3 gündən artıq hərbi hissəni özbaşına tərk etmiş hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb ediləcək”.

Hərbi polis erməni əsgəri oktyabrən 28-də İrəvandakı tanışlarının birinin evində aşkar edib. Növbəti gün hərbi polis rəisi Artur Bağdasaryan “Joğovurd” qəzeti vasitəsilə əsgər Qasparyanı təhqir edən yazı ilə çıxış edib.

Əvvəlcə əsgərin sosial şəbəkələrdəki səhifələr vasitəsilə bir oğlanla tanış olduğunu, yəqin ki, dostunun tək qaldığını, bir dosta ehtiyacı olduğunu və dostunun yanına getdiyini bəyan edib. Sonra bildirib ki, dostu deyil, istənilən halda iki oğlan bir yerdə qalıblar.

O, həmçinin qalan təfərrüatların tibbi müayinə tərəfindən aşkarlanacağını söyləyb. Beləliklə, yüksək səviyyəli bir erməni hərbçi, hərbi polisin rəsmisi, qeyri-ənənəvi meyilliyinin olduğunu iddia edərək Erik Qasparyanın şərəf və ləyaqəti ilə oynayıb.

Qasparyanın vəkili Hayarpi Sarkisyan bu fərziyyəni təkzib edir: “9-cu Qarnizon Hərbi Prokurorluğunun müstəntiqləri işi araşdırır və heç bir tibbi müayinə barədə qərar verməyiblər. Hərbi polis rəisinin müvəkkilim və onun dostunun tibbi müayinəsinin aparılması barədə verdiyi açıqlaması təsdiqlənmir. Bu iş mahiyyətcə araşdırılır”.

Hərbi polis rəisinə görə, əsgərin anası oğlunun qəribə bir vərdişinin - əlində pul olanda bir neçə günlük yoxa çıxmaq - olduğunu söyləyib.

Lakin Erikin anası Cemma Qasparyan bu cür məlumat verdiyini təkzib edir.

“Xeyr, belə bir şey olmayıb. Necə sərf edirsə, o cür də deyirlər. Belə söhbət heç vaxt olmayıb. Belə bir şey yoxdursa bunu necə deyə bilərəm? Nədən yapışmağı bilmirlər, iftira atmağa başlayırlar. Tezliklə həqiqət üzə çıxacaq”, - deyə anası bildirib.

Hərbi hissələrdə “diviziona baxanlar” var

Vəkil Qasparyanı həbs etdikdən sonra müvəkkili ilə uzun söhbət edərək, hərbi hissədən qaşmasının əsl səbəbini müəyyən edib. Hayarpi Sarkisyanın sözlərinə görə, Qasparyan iki əsgərdən pul götürüb və borcu vaxtında qaytara biləcəyinə ümidi olmayıb.

“Əsgərlərdən pul alıb. Borcun qaytarılması üçün son tarix təyin olunub və borc bu müddət ərzində ödənilməsəydi, bu söhbət mövzusu olardı”, - deyə Sarkisyan bildirib. Onun sözlərinə görə, Qasparyanın niyyəti pulu tapıb hərbi hissəyə qayıtmaq olub.

Hərbi hissədə, türmələrdə olduğu kimi yazılmamış qanunlar tətbiq olunur. Həbsxanada “zona baxanlar”ın olduğu kimi, hərbi hissələrdə də əsgərlər borclarını vaxtında ödəmədikləri təqdirdə vəziyyətə müdaxilə edən “diviziona baxanlar”ın olduğu qeyd edilir.

Qasparyan hansı məqsədlə pul götürüb? Sarkisyanın cavabında bildirilir ki, Qafan hərbi hissəsində hərbçilərin, Müdafiə Nazirliyinin məcburi olaraq hər şeyi pulsuz təmin etməli olduğu halda bəzi şeylərin alındığı mağaza var. Mağaza “çaynı” adlanır.

“Bu ilin sentyabrında düşərgə toplanışları üçün Cəbrayıla getməli idilər. Valideyn himayəsindən birtərəfli mərhum olmasına görə dövlətin verdiyi aylıq 3 min dram vəsait ehtiyaclarını almağa kifayət etməyib. Məcbur hərbi hissədəki dükandan, alt paltarları da daxil olmaqla alış-veriş edib. Hərbi hissədə yalnız corab veriblər”, - deyə Sarkisyan bildirib.

Qasparyan borc alaraq dükandan əldə etdiyi məhsulların tam siyahısını təqdim edib. Doğrudanmı, Qafandakı hərbi hissədə pulsuz təqdim etməli olduqları əşyaları satan bir dükan var və toplanışa getmək üçün alt paltarlarını öz vəsaitləri ilə alırlar?

“İstənilən hər bir hərbi hissədə “çaynı” adlı əsgər mağazası var. Adı Sovet vaxtından qalıb. Orada ümumiyyətlə bir qayda olaraq ərzaq və məişət əşyaları satılır. Bu, insanların istədiklərini əldə etmədikləri təqdirdə gedib onu əldə etmələri üçün mükəmməl qanuni bir satışdır. Əsgərlərin 60 faizi əlavə ticarət etməyi, alt paltarı və digər ləvazimatlar almağı sevir. 40%-i dövlətdən məmnundur və heç nə almır. Bu vəziyyət həmişə müşahidə olunub. Hərbi hissədən qaçanların, öz hərəkətlərini bu şəkildə əsaslandırdıqları daim müşahidə olunub. Çünki kiminsə onları döydüyünü söylədikləri təqdirdə sübut olunmalıdır, yalan olduğu halda isə yol vedikləri hərəkət cinayətlə nəticələnə bilər”, - deyə Hovhannisyan açıqlamasında bildirib.

Hərbi polis əməkdaşları Erikin həbsini filmə çeviriblər

Qasparyan iki dəfə dindirilib. O, ətraflı şəkildə ifadə verib. Onun həbsi anekdot kimidir. Vəkil Sarkisyanın dediyinə görə, hərbi polis əməkdaşı kimi geyinmiş adi geyimli şəxslər onu polisə aparıblar. Sonra onların rəisi Artur Bağdasaryan qanunda nəzərdə tutulmuş prosedurun yerinə yetirilməməsi barədə qərar verərək, hərbi qulluqçunun geri qaytarılmasını və yenidən gətirilməsini əmr edib.

Sarkisyan deyir ki, hərbi polisə gətirildikdən yarım saat sonra həmin polis məmurları forma geyinərək yenidən maşına oturdub, qapılardan çıxıblar və yenidən daxil olublar. Bütün proses çoxsaylı şahidlərin iştirakı ilə müxtəlif tərəfdən fotoşəkillərlə qeydə alınıb.

“Sonra müvəkkilimi maşından endiriblər, qollarını geri qatlayarq, sol əlini ağrıdıblar. Erik özünü çox pis hiss edib. Nəhayət, otaqdan otağa 7-8 dəfə keçirdərək, suallar verməyə başlayıblar. Hərbi hissəni niyə tərk etdiyini soruşmaq əvəzinə, aşkar edildiyi mənzildə olan gənclə əlaqələri barədə sual verilib”, - deyə vəkil bildirib.

O qeyd edib ki, müvəkkili adı ətrafında şayiə və böhtan yayılana qədər xidmətini davam etdirməyə hazır idi.

“Lakin, onu təhqir edən məlumatları yaymaqla, Müdafiə Nazirliyi hər hansı bir hərbi hissədə sonrakı xidmətinin davam etdirilməsini mümkünsüz olan bir vəziyyət yaradıb”, - deyə erməni vəkil bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik   Zorakılıq  


Bizi "telegram"da izləyin