Keçmiş erməni kəşfiyyatçı: “Bugünkü Ermənistan kəşfiyyatı “çinovnik”lərlə zəngin strukturdur”

2019/01/Vova--1548683283.jpg
Oxunub: 5376     15:12     05 Noyabr 2019    
“14 gün kəşfiyyat etdim, arıqlamış vəziyyətdə gəldim, lakin səylərimi qiymətləndirmədilər, heç nə etmədilər”.

Ordu.az erməni KİV-lərinə istiadən xəbər verir ki, bunu keçmiş erməni döyüşçü, kəşfiyyatçı Vova Vardanov “Kəşfiyyat günü” mövzusuna toxunarkən bildirib.

Vardanovun sözlərinə görə, bugünkü kəşfiyyat bir az “çinovnik”lərlə zəngin strukturdur və kəşfiyyatçılarla heç bir əlaqəsi yoxdur.

10 il kəşfiyyatçı olmuş Razmik Qasparyan isə bu gün kəşfiyyatçı kimi işləmir və əmindir ki, kəşfiyyat heç vaxt keçmiş olmur. O, kəşfiyyat problemlərinə toxunarkən qeyd edib ki, dövlət ilk olaraq kəşfiyyatçının maliyyə məsələlərini həll etməlidir.

“Məsələn, kəşfiyyatçı ayın 10-da tapşırığa getməlidir, lakin düşünür ki, ayın 15-də ödəniləcək krediti var, öz tapşırığını normal yerinə yetirə bilmir”, - deyə Qasparyan bildirib.

Vardanov açıqlamasında Ermənistanın sabiq Baş naziri və Müdafiə naziri Vazgen Sarkisyanın çağırışlarına nə üçün 1,5 ay cavab vermədiyi haqqında danışıb.

“Vazgendən incimişdim, çünki mənim məlumatlarımı istifadə etmədi. Məni də başa düşmək olar, 14 gün kəşfiyyat etdim, arıqlamış vəziyyətdə gəldim, lakin səylərimi qiymətləndirmədilər, heç nə etmədilər”, - deyə Vardanov şikayətlənib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Kəşfiyyat  


Bizi "telegram"da izləyin