Müdafiə Nazirliyinin nümayəndələri Moskvada hərbi-musiqi festivalında iştirak edirlər

2019/11/0d86c-1572950175.jpg
Oxunub: 14148     14:27     05 Noyabr 2019    
Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestri, eləcə də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının solistləri ölkəmizi Moskva şəhərində keçirilən “Katyuşa” hərbi-musiqi festivalında təmsil edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş XIV festival çərçivəsində təşkil olunan “Yaşasın Qələbə!” müsabiqəsinin şərtlərinə uyğun olaraq hər komanda hərbi vətənpərvərlik mahnıları, marşlar ifa edəcəklər.

Festivalın final mərhələsi noyabrın 8-də keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Vətən-Müharibəsi   MN  


Bizi "telegram"da izləyin