Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq Müdafiə naziri Vağarşak Harutyunyan bildirib.
O qeyd edib ki, bu, müharibə vəziyyətində erməni-rus proqramlarının, o cümlədən hava hücumundan müdafiənin genişləndirilməsini təmin etməli olan bir strukturdur.
“"Ermənistanda rus bazası və KTMT-yə üzvlük sayəsində bu illər ərzində - 1993-cü ildən bu günə qədər 4000 zabit hazırlamışıq. Bu, pulsuz olub, əgər biz bu məbləğin miqdarını hesablasaq, 800 milyon dollar təşkil edər. Digər tərəfdən, ordu quruculuğumuzda müharibə zamanı və ondan sonra ən əsas problem kadr zabitin olmaması olub. Müharibədən sonra əsasən motoatıcı və artilleriya hərbi hissələrində boş yerlərimiz var idi, çünki zabitlər yox idi, buna görə də çoxlu sayda itkilərimiz var idi. Zabitləri hazırlamaq imkanımız olanda, itkilərin sayı 3-4 dəfə azaldı”,- deyə Harutyunyan bildirib.
Onun sözlərinə görə, zərurət yaranacağı təqdirdə KTMT öz funksiyalarını yerinə yetirməlidir.
“Heydər Əliyevin zamanında Azərbaycan KTMT-yə üzv olub, lakin iki il sonra Heydər Əliyev MDB ölkələri prezidentlərinin iclası zamanı Rusiyanın o zamankı rəhbəri Yeltsinə müraciət edib və “Azərbaycan KTMT-yə daxil olub ki, Qarabağ məsələsi həll olunsun, lakin həll olunmur, KTMT Azərbaycanı dəstəkləmir” deyə bildirib. Yeltsin cavab verdi ki, hörmətli cənab prezident, KTMT yalnız xarici aqressiya (yəni Yeltisin sözlərinə görə, Ermənistanın Qarabağı işğal etməsi aqressiya deyildi-red.) halında fəaliyyət göstərir, Qarabağ məsələsi isə başqa prinsip və məntiqlə həll edilir. Bu, sülhməramlıların missiyasıdır və tərəflər arasında imzalanmalı olan müqavilədir. Beləliklə, Azərbaycanın KTMT-yə daxil olacağını istisna edirəm. O, daxil olmayacaq, bu addımı atmayacaq, çünki yaranmış vəziyyət buna icazə verməyəcək. Türkiyə amili var, o, nə üçün razılaşmalıdır ki, Azərbaycan KTMT-yə daxil olsun? Bundan başqa, erməni tərəfi heç vaxt icazə verməyəcək ki, Azərbaycan KTMT üzvü olsun, qərar isə konsensusla qəbul olunur”, - deyə Harutyunyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az