Ermənistanın sabiq Müdafiə naziri KTMT ölkələrinin Azərbaycana silah satmasına toxunub

2019/11/456-1572868127.jpg
Oxunub: 15688     15:39     04 Noyabr 2019    
"Bu, ciddi problemdir, bir vəziyyətdə balansı təmin edir, digər bir vəziyyətdə isə pozur".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq Müdafiə naziri Vağarşak Harutyunyan jurnalistlərlə brifinq zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr tərəfindən Azərbaycana silah satılması məsələsinə toxunarkən deyib.

Digər ölkələrin də Ermənistanın təhlükəsizliyini təmin etməyə borclu olduğuna iddia edən Harutyunyan, bu halın ciddi problem olduğunu ifadə etməklə yanaşı və təşkilata üzv ölkələri təxribata çəkməyə də cəhd edib.

"KTMT-dən danışarkən başa düşməliyik ki, bunun əsasında bir qanun qoyulub - bizim üçün təhlükə bütün dövlətlər üçün təhlükədir. Buna görə də, bu dövlətlər hər hansı dövlətin təhlükəsizliyinə qarşı ünvanlanmış addımlar atmamamalı və hərəkət etməməlidir.

Lakin burada nəzərə almaq lazımdır ki, bu, bir vəziyyətdə balansı təmin edir, digər vəziyyətdə pozur. Beləliklə, bu cür məsələlər var, bu barədə danışılmalı və həll yolu tapılmalıdır", - deyə sabiq erməni nazir qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin